Türkiyə İsveçin NATO-ya qəbuluna razılaşdı - Baş katib AÇIQLADI
Türkiyə İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu ən qısa zamanda ratifikasiyaya təqdim etməyə razılaşıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq açıqlayıb.
“Prezident Ərdoğan İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu ratifikasiya üçün parlamentə ən qısa zamanda təqdim etməyə və bu sənədin ən qısa zamanda ratifikasiyası üçün onunla işləməyə razılaşıb”, - Stoltenberq bildirib. O, NATO-nun da öz növbəsində terrorla mübarizə üçün xüsusi mexanizm və xüsusi nümayəndə postu yaradacağını vəd edib.
Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberq və İsveçin baş naziri Ulf Kristerssonla görüşüb.
Görüş Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammiti çərçivəsində baş tutub. Tərəflər İsveçin NATO-ya üzvlüyü üçün Türkiyənin razılıq verməsini müzakirə ediblər.
Turan İSMAYIL