ABŞ Məxfi Xidməti Ağ Evdə kokain aşkarlanması ilə bağlı brifinq keçirəcək
ABŞ Məxfi Xidməti iyulun əvvəlində Ağ Evdə kokain aşkarlanması ilə bağlı Konqresdə brifinq keçirəcək
Redaktor.az “TASS”a istinadən xəbər verir ki, “Axios” informasiya portalının verdiyi məlumata görə, konfrans iyulun 13-də baş tutacaq.
ABŞ rəsmilərinin və medianın məlumatına görə, narkotik iyulun 2-də Ağ Evin Qərb Qanadında işçilərin və ziyarətçilərin saxlanmaq üçün cib telefonlarını qoyub getdiyi şkafda aşkar edilib.
Humay İSGƏNDƏRLİ