Yaponyada yağışlar səbəbindən ölənlərin sayı artdı
Yaponiyada həftə sonundan bəri yerli leysanların rekord həddə çatması səbəbindən ölkənin cənub-qərb ştatlarında ölənlərin sayı artıb.
Redaktor.az “Haber Global”a istinadən xəbər verir ki, Fukuoka və Saqa ştatları da daxil olmaqla, bölgədə ölənlərin sayı 5-ə çatıb.
Məlumata görə, üç nəfərin axtarışları davam edir. Qeyd edilib ki, yerli bələdiyyələr on minlərlə insanın təxliyəsini tələb ediblər.
Humay İSGƏNDƏRLİ