Fransa Ukraynaya böyük maliyyə yardımı paketi elan edəcək

 12:30 11.07.2023     280

Fransa Şimali Atlantika Alyansının Vilnüsdə keçiriləcək sammitində Ukraynaya böyük maliyyə dəstəyi paketi təqdim edəcəyini elan edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə iyulun 11-də ölkənin xarici işlər naziri Ketrin Kolonna özünün tviter hesabında yazıb.

"Vilnüsdə prezident Emmanuel Makron və silahlı qüvvələr naziri Sebastien Lecornu ilə NATO sammitində Fransanın Ukraynaya maliyyə yardımı paketini təqdim edəcək. Onlar həmçinin şərq cinahının gücləndirilməsi, müdafiə sahəsinə investisiya qoyuluşunu müzakirə edəcəklər" -  deyə o, bildirib.

Turan İSMAYIL