Ukrayna bu gün NATO-ya qəbul edilərsə... - Sallivandan AÇIQLAMA

 13:51 11.07.2023     329

"Vilnüs sammitində Ukraynanın NATO-ya daxil olması Rusiya ilə müharibəyə səbəb ola bilər".

Redaktor.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Litvada keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sabah NATO-Ukrayna Şurasının ilk iclası olacaq.

"Müttəfiqlər Ukraynaya dəstəyi gücləndirmək üçün yeni tədbirlər paketi üzərində razılaşacaqlar. Ukraynanın uzunmüddətli ehtiyacları nəzərə alınacaq və Ukraynanın NATO ilə qarşılıqlı fəaliyyətinin təmin edilməsi planları genişləndiriləcək. Müttəfiqlər həmçinin Ukraynanın gələcək NATO-ya üzvlük yolunu müzakirə edəcəklər. Prezident Baydenin qeyd etdiyi kimi, Ukraynanın bu gün Vilnüsdə alyansa qəbul edilməsi NATO ilə Rusiya arasında müharibəyə gətirib çıxaracaq. Bundan əlavə, Ukraynanın islahat yolu ilə atacağı daha bir neçə addımı var. Bununla belə, müttəfiqlər Ukraynanın gələcək alyansa üzvlüyü ilə bağlı müsbət siqnallar göndərirlər”, - deyə Sallivan vurğulayıb.

Qeyd edək ki, bu gün Litvanın paytaxtı Vilnüsdə NATO-nun sammiti öz işinə başlayıb.

Turan İSMAYIL