"Ukraynanın NATO-ya daxil olması Avropanın təhlükəsizliyi üçün çox təhlükəlidir" - Kreml sözçüsü

 14:00 11.07.2023     410

"NATO ölkələri Rusiyanı özlərinə rəqib hesab edir".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib.

“Söhbət açıq-aşkar anti-Rusiya xarakteri daşıyan assosiasiyanın sammitindən gedir, Rusiya da onlar tərəfindən düşmən, rəqib kimi qəbul edilir və məhz bu məcrada müzakirələr aparılacaq”, - Kreml sözçüsü bildirib.

Onun sözlərinə görə, Rusiya NATO sammitini diqqətlə izləyir. “Biz bunu çox diqqətlə izləyirik, çünki bir çox bəyanatlar, əlbəttə ki, məqsədyönlü tədbirlər görmək üçün dərin təhlil obyektinə çevrilməlidir və öz təhlükəsizliyimiz təmin ediləcəkdir”, - Peskov bildirib.

Kreml sözçüsü həmçinin bəyan edib ki, Ukraynanın NATO-ya daxil olması Avropanın təhlükəsizliyi üçün çox təhlükəlidir

"Ukraynanın NATO-ya daxil olması Avropanın təhlükəsizliyi üçün çox təhlükəlidir, belə qərar qəbul edənlər bundan xəbərdar olmalıdırlar", - deyə Peskov vurğulayıb.

Turan İSMAYIL