Almaniya Kiyevə 700 milyon avro dəyərində hərbi yardım verəcək
Almaniya hakimiyyəti Ukraynaya təxminən 700 milyon avro dəyərində hərbi yardım paketi verəcək.
Redaktor.az "İnterfax"a istinadla xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
"Biz Ukraynanın prioritet hesab etdiyi silahlar haqqında danışacağıq: hava hücumundan müdafiə sistemləri, tanklar, artilleriya", - nazir bildirib.
Məlumata görə, Almaniya xüsusilə 25 "Leopard 1 A5" tankı, 40 "Marder" piyada döyüş maşını və 2 "Patriot" buraxılış qurğusuna diqqət yetirəcək. Berlin həmçinin Ukraynaya 20 min artilleriya mərmisini təhvil verəcək.
Turan İSMAYIL