Numan Kurtulmuş sabah Azərbaycana gəlir

 16:01 11.07.2023     238

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş sabah Azərbaycana səfər edəcək.

Redaktor.az xəbər verir ki, səfər çərçivəsində o, Milli Məclisin sədri Sahibə Qafarova və Baş nazir Əli Əsədovla görüşəcək.

Qeyd edək ki, TBMM sədri bu gün Şimali Kiprdə səfərdədir.