Rusiya NATO sammitindən əvvəl Kiyev və Odessaya PUA-larla hücum etdi

 16:06 11.07.2023     244

Litvada NATO-nun Moskvadan gələn təhdidləri müzakirə edən sammitinin başlamasına saatlar qalmış səhər tezdən Rusiya Kiyevə və cənubdakı Odessa limanına pilotsuz təyyarələrlə hücum edib.

Redaktor.az Reuters-ə istinadla xəbər verir ki, Rusiya qüvvələri Xersonun cənub bölgəsini də atəşə tutub, nəticədə Sofiivka kəndində bir qadın həlak olub.

Kiyev hərbi administrasiyasının rəhbəri Serhiy Popko isə teleqramda bildirib ki, düşmən bu ay ikinci dəfə Kiyevə havadan hücum edib.

O, paytaxtda hər hansı itki barədə danışmayıb, lakin Ukrayna hərbçiləri dronların vurulmasından sonra dağıntıların bölgədə bir sıra evlərə ziyan vurduğunu bildirib.

Hərbi Hava Qüvvələri Rusiyanın bir gecədə buraxdığı İran istehsalı olan 28 kamikadze “Şahed” pilotsuz təyyarəsindən 26-nın vurulduğunu bildirib.

Region qubernatoru Oleq Kiper bildirib ki, 22 pilotsuz təyyarə Qara dənizdə Odessa səmasında vurulub.

Turan İSMAYIL