"Ukrayna hazırkı münaqişə bitməmiş NATO-ya üzv olarsa, bu, müharibəyə gətirib çıxaracaq”

 16:13 11.07.2023     244

Tərəflər bu barədə razılığa gələ bilsələr, Polşa Ukraynada atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək üçün hipotetik NATO missiyasında iştirak etməyə hazırdır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda  "Bild", "Die Welt" və "Politico" qəzetlərinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna ərazisində atəşkəs rejiminə əməl olunmasını təmin etmək üçün alyans ölkələrindən qoşunların göndərilməsi barədə kollektiv qərar qəbul edilərsə, Polşa “NATO-nun məsul üzvü kimi, təbii ki, belə bir addımı dəstəkləyəcək”.

Duda iyulun 11-12-də Vilnüsdə keçiriləcək blokun sammitində Ukraynanın NATO-ya rəsmi dəvətini alqışlayacağını, lakin belə bir ssenarinin mümkün olmadığını bildirib. “Dəvət, hər şeydən əvvəl, üzvlük yolunda həlledici addımdır”, - deyə o izah edib.

Polşa liderinin sözlərinə görə, əgər Ukrayna hazırkı münaqişə bitməmiş NATO-ya üzv olarsa, bu, Şimali Atlantika Kollektiv Müdafiə Müqaviləsi 5-ci maddəsinin aktivləşdirilməsini tələb edəcək. “O zaman digər müttəfiq dövlətlər Ukraynaya özünü müdafiə etməli olacaqlar. Bu, müharibəyə gətirib çıxaracaq”, - Duda vurğulayıb.

Qeyd edək ki, hazırda Litvanın paytaxtı Vilnüsdə NATO-nun sammiti keçirilir.

Turan İSMAYIL