Polşa Ukraynanın NATO-ya qoşulmasında maraqlı deyil - Zaxarova
Polşa Ukraynanın NATO-ya qoşulmasında maraqlı deyil, çünki o, Ukrayna ərazilərini özünə almaq istəyir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Əl-Cəzirə telekanalına müsahibəsində deyib.
"Ukraynanın qərb hissəsi, Polşa nöqteyi-nəzərindən Polşaya aid olmalıdır. Və NATO üzvü kimi Polşa üçün bu mövzu yenicə açılmağa başlayır. Ona görə də bu mənada sərhədləri formalaşmamış Ukrayna NATO-ya ehtiyac deyil, çünki onların Ukraynanın qərb hissəsi ilə bağlı öz baxışları var”, - diplomat qeyd edib.
Turan İSMAYIL