Ukraynada daha bir rusiyalı general MƏHV EDİLDİ

 16:52 11.07.2023     344

Ukrayna rəsmiləri Rusiya general-leytenantı Oleq Tsokovun Zaporoje regionunun cənubundakı Berdyansk şəhərində öldürülməsi ilə bağlı məlumat yayıb.

Redaktor.az xəbər verir ki, Mariupolun ukraynalı meri Vadim Boiçenkonun müşaviri Petro Andruşçenko Tsokovun Berdyansk ərazisində bu gün öldürüldüyünü qeyd edib:

“2022-ci ilin sentyabrında o, (Tsokov) artıq yaralanmışdı, lakin sağ qalmışdı”.

Andruşçenko rusiyalı komandirin öldürülməsi missiyasının artıq tamamlandığını qeyd edib.

Ukrayna Ali Radasının üzvü Yuri Misiagin də generalın qətlə yetirilməsinə münasibət bildirib.

“11 iyul 2023-cü il tarixində, cənubda, işğal altındakı Berdyansk ərazisində rusiyalı general-leytenant Oleq Yuriyeviç Tsokov öldürülüb. Britaniyanın “Storm Shadow” (raketi) onu dəqiq ziyarət edib”, - Misiagin qeyd edib.

Qeyd edək ki, Böyük Britaniya sözügedən raketləri Ukraynaya bu ilin mayında tədarük edib. General-leytenant Oleq Tsokov Böyük Britaniyanın müharibə səbəbi ilə sanksiya tətbiq etdiyi şəxslər siyahısında olub. TASS xəbər agentliyinin məlumatına görə, general 2022-ci ildə Rusiyanın 144-cü Motoatıcı Diviziyasında xidmət edib (apa).