Ukrayna Xüsusi Əməliyyat Qüvvələrində ilk yaşandı - FOTO
Ukraynada ilk dəfə olaraq hərbçi qadın Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin xüsusi sağ qalma kursunun (Q-kursu) öhdəsindən gəlib.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu gün Kvalifikasiya Kursunun müvafiq buraxılışı çərçivəsində “68 nömrə” altında imtahan verən ukraynalı qadın xüsusi əməliyyat zolağı alıb.
"68 nömrə Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin Q kursunu keçərək bir neçə aylıq məsafəni qət edən ilk qadın əsgərdir", - məlumatda deyilir.
Gələcəkdə “qəhrəman” Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyatları və Ukrayna cəbhəsində işğalçılara qarşı mübarizə aparan hərbi hissələrdən birinə təyin olunacaq.
Qeyd edək ki, Q-kursu Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat bölmələri üçün seçim mərhələsi çərçivəsində xüsusi kursdur. Adətən o, hazırlığın həm psixoloji, həm də fiziki mərhələlərini əhatə edir və 7 ay davam edir.
Xatırladaq ki, ümumilikdə Ukrayna ordusunda 60 538 qadın var idi. Bu rəqəmdən təxminən 42.898 əsgər cəbhədə döyüşür.
Turan İSMAYIL