İspaniya Slovakiyaya əsgər yerləşdirəcək

 18:53 11.07.2023     228

İspaniya Slovakiyada əsgərlər yerləşdirəcək və Rumıniyadakı hərbi mövcudluğunu artıracaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes NATO-nun Vilnüs sammitinə gələrkən bildirib.

Onun sözlərinə görə, “İspaniya NATO-nun sadiq üzvü kimi bu gün alyansın şərq cinahını gücləndirmək üçün Slovakiyada ispan qüvvələri və əsgərlərinin yerləşdirilməsini elan edəcək”. Baş nazir əlavə edib ki, krallıq “Rumıniyadakı kontingentini də gücləndirmək niyyətindədir”.

Bundan əvvəl ABC qəzeti yazıb ki, İspaniya Litvada keçirilən sammitin yekunlarına əsasən, NATO-nun Rumıniya, Macarıstan və ya Bolqarıstanda yerləşdirəcəyi yeni briqadaların başında duran ölkələrdən birinə çevrilməyə çalışır.

Turan İSMAYIL