NATO ölkələri Ukraynanın alyansa daxil olması ilə bağlı razılığa gəliblər

 19:39 11.07.2023     285

NATO ölkələrinin liderləri Ukrayna ilə gələcək münasibətlərin müəyyənləşdirilməsi və ölkənin alyansa qoşulması məsələsində razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən Reuters məlumat yayıb.

Agentliyin məlumatına görə, sənədin yekun variantında qeyd edilir ki, NATO Kiyevdən “müttəfiqlər razılaşdıqda və şərtlər yerinə yetirildikdə Alyansa qoşulmaq üçün dəvət göndərə biləcək”.

Xatırladaq ki, bu gün Litvanın paytaxtı Vilnüsdə NATO-nun sammiti keçirilir.

Turan İSMAYIL