Ərdoğan Baydenlə görüşdü - YENİLƏNİB

 21:17 11.07.2023     502

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Liderlər Zirvəsi çərçivəsində LITEXPO Sərgi Mərkəzində ABŞ prezidenti Co Bayden ilə görüşüb.

Redaktor.az TRT-yə istinadən xəbər verir ki, Ərdoğan yenidən prezident seçilməsi münasibətilə ona göndərdiyi təbrik mesajına görə Baydenə təşəkkür edib. 

“İndi sizin seçkiyə hazırlıqlarınız var. Əvvəlcədən sizə uğurlar arzulayıram”, – Ərdoğan bildirib.

Bayden İsveçlə bağlı diplomatiyası və liderliyinə görə Ərdoğana təşəkkür edib.

Ərdoğanın Baydenlə görüşündə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, MİT rəhbəri İbrahim Kalın, kommunikasiya direktoru Fahrettin Altun, müdafiə sənayesi rəhbəri Haluk Görgün və prezidentin baş müşaviri Akif Çağatay Kılıç iştirak edib.

*

19:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə görüşüb.

Redaktor.az NTV-yə istinadən xəbər verir ki, görüş Litvada keçirilən NATO Sammiti çərçivəsində baş tutub.