Zelenski Vilnüs sakinlərinə təşəkkür etdi

 23:35 11.07.2023     303

İyulun 11-də NATO-ya daxil olan ölkələrin ilk iclasında müttəfiqlər şərtlərin münasib olduğu zaman Ukraynanı alyansa dəvət edəcəkləri barədə kommünike qəbul ediblər. Lakin sammitin sənədində nə Kiyevin alyansa daxil olmasının qrafiki, nə də tarixi öz əksini tapıb.

Redaktor.az xəbər verir ki, bundan əlavə, sammitin birinci gününün yekunlarına əsasən, bloka daxil olan ölkələrin liderləri Kiyevə çoxillik hərbi yardım proqramını təsdiqləyib, dövlətin alyansa qoşulması prosesini sadələşdirməyə razılaşıblar, həmçinin Ukrayna-NATO Şurasının yaradılması barədə razılığa gəliblər. Bununla belə, dövlət başçıları razılaşıblar ki, Ukrayna ölkədə hərbi əməliyyatlar bitməmiş NATO-ya qəbul edilə bilməz.

Ukrayna Prezidenti Volodimir Zelenski isə hələlik bu qərarı şərh etməyib.

Qeyd edək ki, hazırda Litvada olan Ukrayna lideri Vilnüs sakinlərinə müraciət edib.

“Müdafiəmizə kömək etdiyinizə və Ukraynanın NATO-ya dəvət olunması üçün birmənalı, dürüst, cəsarətli və ədalətli mövqeyinizə görə sizə təşəkkür edirik”, - deyə Zelenski bildirib.

Turan İSMAYIL