Medvedevdən NATO-nun Ukrayna ilə bağlı qərarına REAKSİYA

 23:52 11.07.2023     353

Ukraynada Rusiyanın apardığı müharibə davam edəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, NATO-nun Vilnüs sammitinin ilkin nəticələrini şərh edərkən Kiyevin NATO-ya dəvət edilməsi qərarına və həmçinin Ukraynaya hərbi yardımın artırılması barədə qərara münasibət bildirib.

"Bütün bunlar bizim üçün nə deməkdir? Hər şey aydındır. "Xüsusi hərbi əməliyyat" (Prezident Vladimir Putinin Rusiyanın Ukraynada apardığı işğalçılıq mühahribəsinə verdiyi ad - red.) eyni məqsədlərlə davam edəcək. Bunlardan biri də Kiyev nasist qrupunun əvvəldən israr etdiyimiz NATO üzvlüyündən imtina etməsidir - hansı ki, mümkün deyil. Bu o deməkdir ki, bu qrup məhv edilməli olacaq", - deyə Medvedev əlavə edib.

Xatırladaq ki, bu gün Litvanın paytaxtı Vilnüsdə NATO-nun sammiti öz işinə başlayıb.

Turan İSMAYIL