Kuba ABŞ-ı hərbi təxribatda ittiham etdi

 09:47 12.07.2023     372

Kuba ABŞ-ı nüvə sualtı qayığının Quantanamo körfəzinə daxil olması ilə bağlı təxribatda ittiham edir.

Redaktor.az “TASS”a istinadən xəbər verir ki, Kuba Xarici İşlər Nazirliyi Amerika nüvə sualtı qayığının Quantanamo körfəzinə daxil olmasını pisləyib və bunu təxribat adlandırıb.

Kuba Xarici İşlər Nazirliyi ABŞ-ın nüvə sualtı qayıqlarının Karib dənizinin sularında olmasının “təhlükə yaratdığını” qeyd edib.

“Hazırda körfəzdə nüvə sualtı qayığının olması insanı təəccübləndirir ki, bu əməlin dinc regionda baş verməsi üçün hərbi əsaslandırma nədir, kimə qarşı yönəldilir və hansı strateji məqsəd güdür”, - deyə nazirlik əlavə edib.

Kuba hakimiyyəti bir daha ABŞ-ı “qanunsuz işğal olunmuş Quantanamo əyalətini geri qaytarmağa” çağırıb.

Humay İSGƏNDƏRLİ