Türkiyədə bu şəxslərin maaşı 41 faiz artacaq

 09:59 12.07.2023     207

Türk Hava Yollarının (THY) İdarə Heyətinin sədri Əhməd Bolat 2023-cü ilin ikinci yarısı üçün şirkət işçilərinin maaşının 41 faiz artırılacağını deyib.

Redaktor.az “Haber Global”a istinadən xəbər verir ki, Bolat bununla bağlı sosial media hesabında açıqlama yayıb.

“Əziz dostlar, həm həmkarlarıma, həm də birliyimizə təşəkkür edirəm. Maliyyə vəziyyətimizi korlamamaq üçün 2023-cü ilin ikinci yarısı üçün fərqli bir düstur razılaşdırıldı. Buna uyğun olaraq avqust və oktyabr aylarında maaşda 21 faiz artım üstəgəl əlavə bonusu əvəzinə birbaşa maaşlar 41 faiz artırıldı”,-deyə qurum rəsmisi qeyd edib.

Qeyd edək ki, THY Türkiyənin ən böyük aviasiya şirkətidir.

Humay İSGƏNDƏRLİ