Türkiyə ordusunun hərbçisi İraqın şimalında həlak oldu

 10:45 12.07.2023     242

Türkiyə ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Erdem Kavlak həlak olub.

Redaktor.az xəbər verir ki, ölkənin Milli Müdafiə Nazirliyi hadisənin İraqın şimalında həyata keçirilən “Pence Kilit” əməliyyat zonasında baş verdiyini açıqlayıb.

O, silahla ehtiyatsız davranış nəticəsində ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq, E.Kavlakın həyatını xilas etmək mümkün olmayıb.