Almaniya Polşa ilə Ukrayna tanklarının təmiri ilə bağlı razılaşmadan imtina etdi

 14:19 12.07.2023     272

Almaniya hökuməti Polşada Ukrayna tanklarının təmiri ilə bağlı müqaviləni ləğv etmək qərarına gəlib. Qərarın səbəbi yaxın günlərdə açıqlanacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Handelsblatt" məlumat yayıb.

Alman nəşrinin mənbələrinə görə, müqavilənin ləğvinə səbəb Almaniyanın polyakların qiymət gözləntilərini tamamilə şişirdilmiş hesab etməsidir.

Qeyd olunur ki, indi Ukrayna əsgərlərinə Qərb istehsalı olan zədələnmiş döyüş tanklarını yenidən döyüşə yararlı hala gətirmək üçün bir yola ehtiyac var. Mart ayında Almaniya uzun müddət tərəddüddən sonra Ukraynaya 18 ədəd müasir A6 tipli "Leopard 2" tankı köçürüb. Digər tərəfdaşlar da Polşa da daxil olmaqla çatdırılma vəd ediblər.

“Lakin Polşanın tədarük etdiyi “Leopard A4” tankları ilə bağlı da mübahisə yaranıb: təhvil verilmiş 14 tankdan səkkizi xarab olub”, - nəşr əlavə edir.

Turan İSMAYIL