Rusiyada deputat keçmiş arvadını döyüb?

 15:43 12.07.2023     235

Rusiya Dövlət Dumasının deputatı Vadim Bulavinov keçmiş arvadını döyməsi ilə bağlı mətbuatda yayılan məlumatı yalan adlandırıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə o, “VKontakte” səhifəsində yazıb.

"Bu gün keçmiş həyat yoldaşımın döyülməsi ilə bağlı bütün xəbərləri oxudum. Özüm də şokdayam. Birincisi, hamı fərqli yazır. İkincisi, hər şey doğru deyil", - deputat yazıb.

Bulavinov daha sonra sosial şəbəkədəki paylaşımlarını silib. "Emosiyalar artıq artıqdır. Fikirləşdim ki, əvvəlki yazıları silmək düzgün olar", - o, qeyd edib.

Xatırladaq ki, ötən gün Rusiya mətbuatında və teleqram kanallarında Dövlət Dumasının deputatı, Vahid Rusiya Partiyasının üzvü Vadim Bulavinovun keçmiş həyat yoldaşını döydüyü iddiası ilə bağlı məlumatlar yayılıb.

Turan İSMAYIL