Bayden Zelenski ilə Kiyevə uzaqmənzilli raketlərin verilməsini müzakirə edəcək

 17:30 12.07.2023     266

ABŞ Pprezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşdə Kiyevin uzaqmənzilli raketlərlə təmin olunması imkanını müzakirə edəcək.

Redaktor.az xəbər verir ki, bunu ABC telekanalının efirində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

"Uzun mənzilli raketlərə gəlincə, prezident Bayden bu gün prezident Zelenski ilə bu mövzunu müzakirə etməyə davam edəcək. O, bu məsələni öyrəndiyini və bunu davam etdirəcəyini bildirib", - Sallivan deyib.

Qeyd edək ki, hazırda Litvanın paytaxtı Vilnüsdə NATO-nun sammiti keçirilir.

Turan İSMAYIL