Baş katib Ukraynanın NATO-ya qəbul ediləcəyi vaxtı AÇIQLADI
Müttəfiqlər bütün şərtlərin yerinə yetirildiyinə qərar verdikdə, NATO Ukraynaya alyansa qoşulmaq üçün dəvət göndərəcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq NATO sammitinin yekun mətbuat konfransında deyib.
"Ukrayna indi NATO-ya həmişəkindən daha yaxındır. Müttəfiqlər Ukraynanın alyansa üzv olacağını təsdiqləyiblər. Alyans ölkələri bütün şərtlərin yerinə yetirildiyinə qərar verdikdə NATO Ukraynaya dəvət göndərə biləcək", - o deyib.
Onun sözlərinə görə, Vilnüsdə keçirilən sammitin nəticələri Ukraynanı qəbul etməyə hazır olmağın “ən güclü siqnalıdır”.
Stoltenberq qeyd edib ki, NATO-nun prioriteti Kiyevi "mütərəqqi silahlar", eləcə də ehtiyat hissələri və böyük miqdarda sursatla təmin etməkdir.
Turan İSMAYIL