Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyünü müzakirə etdi

 18:29 12.07.2023     263

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə görüşüb.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Zelenski özünün teleqram kanalında yazıb.

O, bildirib ki, Mişellə bu ilin sonuna qədər Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlar aparıb.

"Avropa Şurasının prezidenti Şarl Mişel ilə yaxşı söhbət oldu. Müzakirə olunan əsas məsələ bu ilin sonunda Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq imkanımız idi. Dəstəyinizə görə təşəkkür edirik", - prezident yazıb.

Xatırladaq ki, ötən il Ukrayna Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu alıb ki, bu da o deməkdir ki, Ukrayna bloka tamhüquqlu üzv olmaq üçün bir sıra şərtləri yerinə yetirməlidir.

Avropa İttifaqı bu yaxınlarda Ukraynanın irəliləyişinə dair aralıq şifahi hesabat açıqlayıb.

Turan İSMAYIL