G7 Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirəcək
“Yeddilik” (G7) ölkələri Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibəsi ilə bağlı ona iqtisadi və siyasi təzyiqləri davam etdirəcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində qəbul edilmiş Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanətlərinin ümumi prinsipləri haqqında G7 bəyannaməsində deyilir.
“Biz çalışacağıq ki, Rusiya üçün xərclərin artmaqda davam etməsi, o cümlədən sanksiyalar, ixrac nəzarəti, habelə Ukraynanın kritik mülki infrastruktur obyektlərinə hücumların təşkilatçılarının məsuliyyətə cəlb edilməsinə yönəlmiş tədbirlər görək” - sənəddə deyilir. G7 ölkələri həmçinin “Beynəlxalq Cinayət Məhkəməsi (ICC) kimi beynəlxalq mexanizmlərin fəaliyyətini dəstəkləməyə davam edəcəklərini açıqlayıblar.
Turan İSMAYIL