"Ukraynanın NATO-ya rəsmi üzvlüyünü qeyd edəcəyimiz günü səbirsizliklə gözləyirəm" - Baydendən Zelenskiyə

 19:02 12.07.2023     308

Vilnüsdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden arasında ikitərəfli görüş başlayıb.

Redaktor.az xəbər verir ki, UNİAN müxbirinin verdiyi məlumata görə, qapalı görüşdən əvvəl dövlətlərin liderləri bir-biri ilə açıq danışıblar.

Xüsusilə, söhbətin əvvəlində Bayden ukraynalıların cəsarətini qeyd edib və onun bütün dünyada nümunə olduğunu qeyd edib.

"Mən Ukraynanın NATO-ya rəsmi üzvlüyünü qeyd edəcəyimiz günü səbirsizliklə gözləyirəm", - ABŞ prezidenti deyib.

Dövlət başçıları Ukraynanın kaset sursatları ilə təmin olunması məsələsinə də toxunublar.

Xüsusilə, Zelenski bir daha vurğulayıb ki, Rusiya Ukraynada bir ildən artıqdır - 2014-cü ilin işğalının ilk günündən bu cür mərmilərdən istifadə edir.

O, ABŞ-ın kasetli sursatları Ukraynaya təhvil verməsinin ukraynalıların həyatlarını xilas etməsinə kömək edəcəyini vurğulayıb.

Ukrayna prezidenti həmçinin Ukraynaya verilən bütün müdafiə paketlərinə görə ABŞ-a təşəkkür edib.

"Bu, 3 milyard dollardan çoxdur. Bu, böyük dəstək və böyük puldur. Amma siz bu pulu təkcə döyüşə deyil, həyatımızı xilas etməyə xərcləyirsiniz", - Zelenski bildirib.

Buna Bayden cavab verib ki, Birləşmiş Ştatlar Ukraynaya bütün digər ölkələrlə müqayisədə demək olar ki, daha çox hərbi yardım göstərə bilən böyük ölkədir.

Bundan sonra media nümayəndələrinin zalı tərk etməsi tələb olunub və ABŞ və Ukrayna prezidentlərinin ikitərəfli görüşü başlayıb.

Turan İSMAYIL