"İsveç bizə terror təşkilatları ilə mübarizə üçün yol xəritəsi təqdim edəcək"

 19:22 12.07.2023     335

İsveç NATO-ya üzvlüyün dəstəklənməsi ilə bağlı əldə etdiyi razılaşmalar əsasında Türkiyəyə terrorla mübarizə üçün yol xəritəsi təqdim edəcək.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan alyansın Vilnüsdə keçirilən NATO sammitinin yekunlarına dair bildirib.

"İsveç bizə üçtərəfli protokolda nəzərdə tutulduğu kimi bütün terror təşkilatları ilə mübarizə üçün yol xəritəsi təqdim edəcək, bundan sonra biz NATO-ya üzvlük protokolunu parlamentə göndərməklə növbəti mərhələyə keçəcəyik. Parlament bu prosesi yaxından izləyəcək və tətildən sonra işini bərpa edəndə bu beynəlxalq akta baxılacaq”, - deyə Ərdoğan bildirib. 

Turan İSMAYIL