Putinin cədvəlində Ərdoğanla telefon danışığı yoxdur - Peskov AÇIQLADI

 19:39 12.07.2023     273

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla hələlik telefon danışığını planlaşdırmır.

Redaktor.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.

O, Putinin cədvəlində Ərdoğanla söhbətin olub-olmaması və iyulun 17-də bağlanmış taxıl müqaviləsinin müddəti bitənə qədər belə bir əlaqənin gözlənilməməsi ilə bağlı suala cavabında “Hələ yox” deyib.

Qeyd edək ki, Ərdoğanın özü bir müddət əvvəl Rusiya liderinin gələn ay Türkiyəyə səfər edə biləcəyini və qarşıdakı dövrdə telefonla əlaqə saxlamağa davam edəcəklərini bildirib. Son günlər Türkiyə prezidenti də bir neçə dəfə Putinlə taxıl sövdələşməsinin vəziyyəti və digər mövzuları müzakirə etmək istəyini ifadə edib.

Turan İSMAYIL