Quterreş Putinə məktub göndərdi

 20:41 12.07.2023     252

BMT-nin Baş katibi Antoniu Quterreş Rusiya Prezidenti Vladimir Putinə taxıl sazişinin uzadılması təklifləri ilə bağlı məktub göndərib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Quterreşin ofisi məlumat yayıb.

Məlumatda deyilir ki, BMT-nin baş katibi taxıl sazişi ilə bağlı təkliflər üzrə Rusiya ilə əməkdaşlığa hazırdır.