Ukrayna artilleriya mərmiləri çatışmazlığı yaşayır - Bayden

 22:40 12.07.2023     290

Ukraynada artilleriya mərmiləri çatışmazlığı yaşanır.

Redaktor.az Reuters-ə istinadla xəbər verir ki, bunu Helsinkiyə uçmazdan öncə Vilnüs Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti Co Bayden deyib.

O, xüsusilə, Ukrayna Silahlı Qüvvələrində artilleriya mərmilərinin çatışmazlığı yaşadığını bildirib. Bayden deyib ki, ABŞ tədarüklərini artırmaq üçün çalışır.

Bayden həmçinin bildirib ki, ABŞ administrasiyası Amerika F-16 qırıcılarının Türkiyəyə satışı ilə bağlı müqaviləni tamamlaya biləcək.

Turan İSMAYIL