NATO təcavüz və qeyri-sabitlik gətirən hücum ittifaqıdır - Peskov

 23:12 12.07.2023     336

NATO təcavüz və qeyri-sabitlik gətirən hücum ittifaqıdır.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu, sabitlik və təhlükəsizliyi təmin etmək üçün yaradılmış, düşünülmüş və hazırlanmış bir ittifaq deyil", - deyə o, bildirib.

Kreml sözçüsü, həmçinin NATO liderlərinin Vilnüs sammitinin ilk gününün nəticələrindən sonra verdikləri - Rusiya və Çin arasında əməkdaşlığın gücləndirilməsinin alyansın dəyərlərinə və maraqlarına zidd olduğu barədə bəyanatı şərh edib.

"Münasibətlərimiz heç bir şəkildə və heç vaxt üçüncü ölkələrə və ya hər hansı bir ittifaqa qarşı yönəlməyib", - deyə Peskov vurğulayıb.

O, həmçinin Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərə hazırlaşdığını, səfərin gündəmdə olduğunu, lakin dəqiq tarixlərin hələ razılaşdırılmadığını qeyd edib.

Yusif EYVAZLI