"NATO-nun Vilnüs sammiti Putin üçün aydın məğlubiyyət idi" - Portuqaliyanın baş naziri
NATO-nun Vilnüs sammiti Vladimir Putinə aydın mesaj verdi ki, bu, Rusiya diktatoru üçün aydın məğlubiyyət idi.
Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Portuqaliyanın Baş naziri Antonio Kosta bildirib.
"Əgər o, NATO-nu parçalamaq niyyətində idisə, deməli, əslində NATO bir idi. Əgər o, NATO-nu zəiflətmək niyyətində idisə, o zaman daha da gücləndi. Əgər o, Ukraynanı özündən uzaqlaşdırmaq istəyirdisə, deməli, indi əvvəlkindən daha çox NATO-ya yaxındır".
Kosta bildirib ki, Portuqaliya G7 ölkələrinin Ukraynaya verdiyi təhlükəsizlik zəmanətlərini təsdiqləyib.
“Bəyannamə Ukraynanın təhlükəsizliyinin gələcək təminatlarında onların hər birinin iştirak dərəcəsini müəyyən etmək üçün tərəfdaşlar arasında təmasların başlayacağı dövrü açır”, - o deyib.
Eyni zamanda, Kosta Portuqaliyanın hansı dəstəyi verəcəyi barədə də danışıb.
“Biz Ukraynanın təhlükəsizliyinə müxtəlif yollarla töhfə verməyə çalışırıq, bunu hərbi baxımdan, maliyyə, siyasi, diplomatik nöqteyi-nəzərdən, eləcə də avadanlıq təminatı baxımından və xüsusən də indi F-16 pilotlarına təlim vasitəsilə edirik", - baş nazir əlavə edib.
Qeyd edək ki, iki gün ərzində, iyulun 11-dən 12-dək Vilnüsdə NATO-nun sammiti keçirilib. Əsas mövzulardan biri də Ukrayna olub. Dünən Şimali Atlantika Alyansına üzv ölkələr Ukraynanın inteqrasiyasını yaxınlaşdırmalı olan birgə kommünike haqqında razılığa gəliblər. Bunlar aşağıdakılardı:
Ukraynaya çoxillik yardım proqramı;
NATO-Ukrayna Şurasının yaradılması;
NATO-ya Üzvlük Fəaliyyət Planına riayət etmək tələbinin ləğvi.
Həmçinin bu gün G7 ölkələrinin liderləri Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı yeni bəyannamə üzərində razılığa gəliblər. G7 uzunmüddətli perspektivdə Ukraynaya təhlükəsizlik və iqtisadi sahədə dəstək verəcəklərini vəd edir.
Turan İSMAYIL