Polşa Saakaşvili üçün həkim göndərdi
Polşanın Baş naziri Mateuş Moravetski Gürcüstanın sabiq prezident Mixail Saakaşvilini müayinə etmək üçün həkimlər göndərib.
Redaktor.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.
“Biz dostlarımızı darda qoymuruq. Mənim xahişimlə həkimlərdən ibarət yardım qrupu Gürcüstanda keçmiş prezident Mixail Saakaşvilinin hərtərəfli tibbi müayinəsinə başlayıb”, - baş nazir qeyd edib.
Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstüna qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident bir müddət əvvəl müalicə müəssisəsinə köçürülüb.