"Krım vacibdir, amma başqa məsələlər çoxdur" - Bayden
NATO-nun Vilnüs sammiti çərçivəsində keçirilən tədbirlərdə iştirak edən hərbçilər əks-hücum əməliyyatının keçirilməsinin Ukrayna üçün çətin məsələ olduğunu qeyd ediblər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Helsinkiyə uçmazdan əvvəl Vilnüs beynəlxalq hava limanında jurnalistlərə açıqlamasında deyib.
Amerika liderindən Litvanın paytaxtında keçirdiyi görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskinin ona əks-hücumun gedişi ilə bağlı hər hansı yeni məlumat verib-vermədiyi soruşulub. "Mən təfərrüatlara girə bilmərəm, biz orada bütün hərbçilərlə uzun müddət danışdıq və onlar hələ də nikbindirlər, lakin bilirlər ki, bu, çətin işdir" - Bayden deyib.
Amerika lideri əlavə edib ki, bununla bağlı detalların müzakirəsini məqbul hesab etmir.
Baydenə, onun fikrincə, “Krımla bağlı məsələnin həll olunub-olunmayacağı” da soruşulub. "17 başqa məsələ də tam həll olunmalıdır. Krım vacibdir, amma başqa məsələlər çoxdur", - deyə o, cavab verib.
Turan İSMAYIL