Ukrayna PUA-sı Rusiyada zavoda hücum edib

 09:57 13.07.2023     250

Ukraynanın pilotsuz təyyarəsi Rusiyanın Bryansk vilayətinin Starodub şəhərindəki zavoda hücum edib.

Redaktor.az “Lenta.ru” ya istinadən xəbər verir ki, Bryansk vilayətinin Starodub şəhərində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan təyyarəsi zavoda hücum edib.

Bildirilir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.

Kanalın müəlliflərinin sözlərinə görə, hücum nəticəsində Ukrayna ilə sərhəddən 35 kilometr aralıda yerləşən Starodubda zavodun sexlərindən birinin binasına ziyan dəyib. Dronun binaya partlayıcı atdığı məlum olub.

Humay İSGƏNDƏRLİ