Avropada quraqlıq zeytun yağının qiymətini rekord həddə çatdırıb

 09:58 13.07.2023     297

Cənubi Avropada uzun müddət davam edən quraq havanın məhsullara ziyan vurmasından sonra zeytun yağının qiyməti rekord qırmağa davam edir.

Redaktor.az “Ekonomik.com”a istinadən xəbər verir ki, zeytun yağının qiyməti Avropada tarixi səviyyəyə qalxıb.

İspaniya, İtaliya və Portuqaliyada temperaturun artması və yağıntıların olmaması səbəbindən zeytun yağının 1 kiloqramının qiyməti 7 avrodan yuxarı qalxıb.

"Mintec" əmtəə məlumatları firmasının bitki yağları üzrə analitiki Kyle Holland bildirib ki, bu il çox pis məhsul əldə ediblər:

“Qiymətlər heç vaxt bu qədər yüksək olmayıb.”

Humay İSGƏNDƏRLİ