Rusiyada spirtli içkilərin onlayn satışının leqallaşdırılması dayandırıldı
Rusiyalı deputat Andrey Klişas spirtli içkilərin onlayn satışının leqallaşdırılması ilə bağlı qanun layihəsini hökumətə təqdim edib.
Redaktor.az "Lenta.ru"ya istinadən xəbə verir ki, bu barədə “Vedomosti” məlumat yayıb.
Sənəddə güman edilir ki, alkoqolun alınması, saxlanması və tədarükü lisenziyası və ya onun pərakəndə satışına icazəsi olan Rusiya şirkətləri, satıcının internet saytının xüsusi reyestrə daxil edilməsi şərti ilə bu cür məhsulları internetdə sata biləcəklər.
Mənbənin sözlərinə görə, idarə ümumilikdə qanun layihəsini bəyənsə də, bir sıra şərhlər hazırlayıb.
Humay İSGƏNDƏRLİ