Ərdoğan Putinlə bu təyyarələrinin alınmasını müzakirə edəcək

 15:02 13.07.2023     304

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə meşə yanğınlarının söndürülməsi üçün əlavə amfibiya təyyarələrinin alınmasını müzakirə etməyi gözlədiyini bildirib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, dövlət başçısı bunu NATO-nun Vilnüs sammitinə səfərdə onu müşayiət edən jurnalistlərə deyib.

"Ümid edirəm ki, Putinlə mən Rusiyadan əlavə amfibiya təyyarələrinin alınmasını müzakirə edəcəyik. Çünki bu təyyarələr yanğınların söndürülməsində çox effektivdir", - o, bildirib.

Türkiyə lideri xatırladıb ki, Fövqəladə Hallar Departamenti Türkiyədə təbii fəlakətlərlə mübarizə aparır. "Yanğınla mübarizə tədbirlərinə 100 milyon lirə sərmayə qoymuşuq. Helikopterlər və təyyarələr almışıq. Təyyarələr çox səmərəlidir. Dənizdən suyu bir neçə dəqiqə ərzində yanğın yerinə çatdırırlar. Əgər daha iki və ya üç avtomobil alsaq, o zaman səmərəliliyimiz əhəmiyyətli dərəcədə artacaq”, - deyə Ərdoğan bildirib.

Turan İSMAYIL