"Bizim geri çəkiləcəyimizi gözləyirdilər, lakin bu, baş verməyəcək" - Putin

 18:38 13.07.2023     303

Rusiya yalnız öz yolu ilə irəliləyəcək, amma özünü heç kimdən təcrid etmədən.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, Rusiya əleyhdarları onun geri çəkiləcəyini və təslim olacağını gözləyirdilər, lakin “bu, baş verməyəcək”.

“Rusiya eyni zamanda özünü heç kimdən təcrid etmədən, öz yolu ilə yalnız irəli gedəcək" - Putin bildirib.

Prezident vurğulayıb ki, ölkə xarici çağırışlara ancaq işin keyfiyyətini və səmərəliliyini gücləndirməklə, azadlığı yaymaqla cavab verir. O xatırladıb ki, oxşar vəziyyət 2014-cü ildə “kənar sanksiyaların birinci dalğası bəzi sahələrin, o cümlədən kənd təsərrüfatının sürətli inkişafı üçün stimula çevriləndə” baş verib.

"Bu gün sənayedə və texnologiyada analoji müsbət proseslər getdikcə güclənir. Eyni zamanda, biz başa düşürük ki, indiki şəraitdə inkişafın müəyyənləşdirilməsi üçün əsas məsələ səyləri prioritet vəzifələrə yönəltməkdir", - dövlət başçısı qeyd edib.

Putin bu vəzifələri sadalayıb: "Birincisi, Rusiyanın artıq qlobal səviyyədə texnologiya və məhsullara malik olduğu sahələrə, məsələn, nüvə enerjisi, süni intellekt və bir çox başqa sahələrə diqqət yetirmək. İkincisi, dövlət başçısının fikrincə, diqqəti ölkənin inkişafı üçün vacib olan və Rusiyanın mütləq öz səlahiyyətlərinə malik olduğu sahələrə yönəltməyə dəyər. Eyni zamanda, bizim təkcə elmi inkişaflar və əsas həllər yox, bütün texnoloji və istehsalat zənciri, öz avadanlığımız, element bazamız, proqram təminatımız və əlbəttə ki, kadrlarımız olmalıdır”, - Rusiya lideri vurğulayıb.

Turan İSMAYIL