Zelenski Avropa liderlərinə 47 dəfə “təşəkkür edirəm” deyib

 19:01 13.07.2023     298

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin hərbi yardıma görə daha çox minnətdar olmaq xahişindən sonra teleqram kanalında Avropa liderlərinə videomüraciət göndərib.

Redaktor.az "news.ru"ya istinadla xəbər verir ki, o, müraciətdə 47 dəfə “sağ ol” deyib.

Prezident Baydenə və bütün Amerikaya təşəkkür edirəm. Sammitin təşkilinə görə Litvaya təşəkkür edirik. Hollandiya, Danimarka, Fransa və prezident Makrona təşəkkürlər”, - deyə Zelenski qeyd edib.

Qeyd edək ki, iyulun 12-də Uolles qeyd edib ki, Ukrayna Qərbin silah tədarükünə görə çox minnətdar olmalıdır. Onun sözlərinə görə, Kiyevə hərbi yardım göstərmək üçün bəzən ölkələri öz təchizatlarını qurban verməyə inandırmaq və ya “Amerikanın Kapitoli təpəsində qanunvericiləri razı salmaq” lazımdır.

Turan İSMAYIL