Ukraynanın NATO-ya daxil olması Üçüncü Dünya müharibəsinin başlaması demək olardı - Bayden
Ukraynanın öz ərazisində gedən döyüşlər zamanı Şimali Atlantika Alyansına daxil olması üçüncü dünya müharibəsinin başlaması demək olardı.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Helsinkidə finlandiyalı həmkarı Sauli Niinistö ilə birgə mətbuat konfransında çıxış edən ABŞ prezidenti Co Bayden deyib.
"Müharibə davam edərkən heç kim NATO-ya daxil ola bilməz (ölkə müharibədə iştirak edir - red). Çünki bu, özümüzü müharibə vəziyyətində, üçüncü dünya müharibəsində tapacağımıza zəmanət verir" - o, bildirib.
Mətbuat konfransı Ağ Evin saytında canlı yayımlanıb.
Turan İSMAYIL