Ukrayna Saakaşvili ilə bağlı müraciət edəcək

 19:45 13.07.2023     272

Ukrayna parlamentində Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin əfv olunması ilə bağlı Gürcüstan Prezidenti Salome Zurabişviliyə və Avropa İttifaqı ölkələrinin parlamentlərinə müraciət layihəsi qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ali Radanın saytında məlumat yayılıb.

Layihədə Ukrayna vətəndaşı Mixail Saakaşvilinin əfv edilməsinin zəruriliyi bildirilir.

Layihənin təşəbbüskarları onlarla deputat, o cümlədən hakim “Xalqın Xidmətçisi” partiyasının fraksiya rəhbəri David Araxamiyadır.

Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstüna qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident bir müddət əvvəl müalicə müəssisəsinə köçürülüb.