Putin Moskvanı dünyanın ən yaxşı şəhərlərindən biri adlandırdı

 19:46 13.07.2023     304

Moskva dünyanın ən yaxşı şəhərlərindən biridir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Hesablama və kommunikasiyalar. Kvant dünyası" Gələcək Texnologiyaların birinci Forumunda deyib.

“Əlbəttə, mövcud hökuməti, o cümlədən regional səviyyədə tənqid etmək üçün həmişə bir şey var. Həmişə bir var, çünki belə nəhəng iqtisadiyyatda nöqsanlar mütləqdir.

Amma ümumilikdə götürdükdə Moskvanın sakinlər və daimi işləmək üçün buraya gələnlər, paytaxtımızın qonaqları üçün maksimum nəticə əldə etmək istiqamətində hərəkəti, əlbəttə ki, göz qabağındadır, sadəcə, göz qabağındadır. Buna da, bir daha qeyd etmək istəyirəm ki, müasir texnologiyalardan istifadə etməklə nail olunur. Yalnız sevinmək və arzulamaq olar ki, Moskva merinin və onun komandasının rəhbərliyi altında Moskva bundan sonra da eyni məcrada inkişaf etsin”. - Rusiya lideri bildirib.

Turan İSMAYIL