Bayden Ərdoğanı İsveçə görə necə razı salıb?

 19:57 13.07.2023     280

ABŞ Prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla İsveçin NATO-ya daxil olmasını əngəlləmək problemini həll etməyə çalışıb.

Redaktor.az xəbər verir ki, bunu amerikalı publisist Seymur Herş öz müəllif bloqunda bildirib.

O, bildirib ki, Bayden Beynəlxalq Valyuta Fondunun (BVF) Türkiyəyə çox ehtiyac duyulan 11-13 milyard dollarlıq kredit xətti ilə təmin edəcəyinə söz verib.

Onun fikrincə, təklif Ankara üçün çox aktual idi. Fevralda baş vermiş dağıdıcı zəlzələdən sonra infrastrukturu və mənzil fondunu bərpa etmək üçün ona vəsait lazımdır. Herş vurğulayıb ki, Ərdoğan razılaşma əldə etdi və Bayden “NATO sammitindən əvvəl lazım olanı aldı”.

Xatırladaq ki, Vülnisdə keçirilən NATO sammiti ərəfəsində Türkiyə lideri İsveçin NATO-ya üzvlüyə qəbul edilməsinə razılıq verib.

Turan İSMAYIL