Nazir müavini rüşvətə görə tutuldu

 19:58 13.07.2023     275

Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi informasiya vasitələri nazirinin müavini Maksim Parşin saxlanılıb.

Redaktor.az yerli mətbuata istinadən xəbər verir ki, o, rüşvət almaqda ittiham olunur.

"Maksim Parşin Rusiya İstintaq Komitəsinin istintaq orqanları tərəfindən saxlanılıb. O, korrupsiya cinayəti törətməkdə şübhəli bilinir", - Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Qeyd edək ki, o, 2018-ci il avqustun 16-da nazir müavini təyin edib.