Keniyada iğtişaşlar zamanı 9 nəfər ölüb

 21:25 13.07.2023     417

Keniyanın bir sıra şəhərlərində iyulun 12-də baş verən yüksək qiymətlərə qarşı iğtişaşlar zamanı ölənlərin sayı artıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, iğtişaşlarda ölənlərin sayı 9-a çatıb.

Bu barədə Keniyanın müstəqil Milli İnsan Haqları Komissiyası məlumat yayıb.

Bildirilir ki, 9 nəfərdən 4-ü Mlolonqo şəhərində, qalanları isə ölkənin digər bölgələrində həlak olub. Təhlükəsizlik qüvvələri də daxil olmaqla yaralılar var. Polis iğtişaşlarda iştirak edən 312 nəfəri saxlayıb

Humay İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən