Putin taxıl müqaviləsinin uzadılmasında şərtini açıqladı

 21:37 13.07.2023     285

“Taxıl sövdələşməsi yalnız o halda uzadılacaq ki, Qərb ölkələri Qara dəniz təşəbbüsünü imzalayarkən Rusiyanın razılaşdırılmış tələblərini yerinə yetirsinlər, indi Moskva onun icrasını dayandırmaq imkanını özündə saxlayır”.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalının efirində bildirib.

“Qərb ölkələri vədlərinə əməl etməyəcəklər. Amma variantlardan biri kimi - əvvəlcə uzadılması, sonra vədlərin yerinə yetirilməsi deyil, əvvəlcə vədlərin yerinə yetirilməsi, sonra isə bizim iştirakımız. Nə demək istəyirəm? Biz bu əməliyyatda iştirakımızı dayandıra bilərik. Və hamı bir daha desə ki, bizə verilən vədlər yerinə yetəcək, yaxşı, qoy bu vədləri yerinə yetirsinlər, biz də dərhal bu sövdələşməyə qoşulaq”, - Putin əlavə edib.