İsrail Prezidenti ABŞ-a gedir - Baydenlə görüşəcək

 22:53 13.07.2023     356

İsrail Prezidenti İsxak Hersoq ABŞ-a səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Səfər iyulun 18-də baş tutacaq. O, Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

Liderlər İsrailin regional inteqrasiyası və Rusiyanın İranla hərbi əlaqələri barədə fikir mübadiləsi aparacaq.